Azərbaycanla Avropa İttifaqı arasında danışıqların növbəti mərhələsi başlayır

Malena MardGələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.  Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, tərəflər arasında danışıqların geniş gündəliyi var: “Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik”.

Malena Mard bildirib ki, Avropa İttifaqı-Azərbaycan biznes forumuna hazırlıq gedir: “Bu məqsədlə Aİ-nin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. İyunun 8-də keçiriləcək forumda Azərbaycan və Aİ ölkələrinin 300-ə yaxın şirkətinin iştirakı edəcəyini gözləyirik. Biz biznesmenlərimizdən Azərbaycanda biznes mühiti barədə nə düşündüklərini öyrənə biləcəyik. Həmçinin Azərbaycanda islahatlara necə dəstək verə biləcəyimizi müəyyənləşdirməyi səbirsizliklə gözləyirik”.