Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev İstanbul hava limanında saxlanılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) bu gün (07 dekabr) HMC-dən hüquqşünas Yavər Şahbazov məlumat verib. Hüquqşünas Yavər Şahbazovun sözlərinə görə, artıq İ.Əliyevə vəkil ayrılıb: “Vəkil bizə bildirdi ki, İntiqam müəllimin telefonu da əlindən alınıb. Hadisə barədə tam məlumat əldə edə bilməmişik, amma vəkİli onunla hava limanında gömrük əməkdaşı arasında anlaşılmazlıq olduğunu deyir. Ümid edirik ki, yaxın saatlarda problem həll ediləcək”.
Qeyd edək ki, İntiqam Əliyev Vilnüsdə keçirilən beynəlxalq tədbirdən qayıdarkən saxlanılıb.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi