Regional İnsan Hüquqları və Media Mərkəzi ödənişsiz dərzilik kursları təşkil edir

Regional İnsan Hüquqları və Media Mərkəzi Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki dəstəyi ilə Bərdə rayonunda Qarabağ müharibəsindən zərər çəkən qaçqın, məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş, erməni əsir və girovluğundan azad edilmiş şəxslərin ailələrindən olan şəxslər üçün ödənişsiz dərzilik kursları təşkil edir. Kurslar hər biri üç ay olmaqla ardıcıl olaraq təşkil ediləcək. Hər bir kurs həftədə 3 dəfə olmaqla iki qrupda aparılacaq. Hər bir qrupa 10 nəfər cəlb ediləcək. Kurslarda iştirak etmək üçün Bərdə və ətraf rayonlarda yaşayan bu təbəqədən olan şəxslər müraciət edə bilər. Kurslara qatılmaq istəyən şəxslər təşkilatın internet ünvanında (regionalhumanrights.org) yerləşdirilmiş anket və ərizə formasını (http://regionalhumanrights.org/az/?page_id=16) doldurub aşağıdakı e-mail ünvanına göndərə bilər: humanrights_mc@yahoo.com