Regional İnsan Hüquqları və Media Mərkəzi Ağdam və Goranboy rayonunda gənclər üçün təlim keçib. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi çərçivəsində keçirilən təlimlər hər bir rayonda iki gün davam edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərdə Ağdam və Goranboy rayonundan olan 40 nəfər gənc iştirak edib.
F O T O L A R