Ödənişsiz dərzilik kurslarını müvəffəqiyyətlə bitirənlərə sertifikatlar verilib

sekil 1 (2)«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir.  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk 4 qrupda dərslər yekunlaşıb. Kursları müvəffəqiyyətlə bitirənlərə nəfərə sertifikatlar təqdim edilib. Artıq sonuncu  iki qrupda da dərslər yekunlaşmaq üzrədir. Bu dəfə də dərslər hər birində 10 nəfər olmaqla iki qrupda aparılır. Kurslar həftədə 3 dəfə keçirilir. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub. Bu layihə çərçivəsində ümumilikdə 60 nəfər kurslara cəlb edilib.
Qeyd edək ki, «Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili» layihəsinin 6 ay müddətində icra edilməsi nəzərdə tutulub. Layihədə əsas məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır. Bu həm də həmin təbəqədən olan şəxslər arasında əmək miqrasiyasının azaldılmasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək.