Polis müxalifətin aksiyasını dağıtdı

mitingBakıda oktyabrın 20-də keçirilən etiraz aksiyası zamanı 13 nəfər həbs olunub. Müsavat partiyasının sədr müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, saxlananlar barəsində 7, 8 və ya 10 sutkalıq həbs cəzası verilib. Onlardan 4-ü Müsavat, 6-sı AXCP, 2-si isə müstəqil gənclər təşkilatlarıının fəallarıdır.  Gülağa Aslanlı deyib ki, aksiya zamanı 100-dən çox adam  polis bölməsinə aparılıb. Onların bəziləri müxtəluf məbləğdə cərimə olunub, digərlərinə isə xəbərdarlıq edilərək azadlığa buraxılıb.
Müsavat funksioneri bildirib ki, okytabrın 22-də həbs olunanlarla bağlı yuxarı məhkəmə instansiyasına appelyasiya veirləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, onlar saxlananlarla bağlı açıqlama yaymayacaqlar.
Hakim Yeni Azərbaycan partiyasının icraçı katibi Əli Əhmədov “Mediaforum” saytına aksiyanı baş tutmamış sayıb və deyib ki, aksiyada səsləndirilən tələblərin məntiqi əsası yoxdur.
Müxtəlif gənclər təşkilatları oltyabrın 20-da Bakının Fəvvarələr Meydanında “Parlament buraxılsın” tələbi ilə aksiya keçirib.

VIDEO

http://www.youtube.com/watch?feature=player_embedded&v=_rNRbSrvG40

https://www.youtube.com/watch?feature=player_embedded&v=LAyAzr7AkW8