Müxalifətin fəvvarələr meydanında keçirdiyi aksiya dağıdıldı

aksiya qadin 17 2Bu gün gənclər Bakıda, Fəvvarələr meydanında aksiya keçirib. Aksiya təxminən bir saat çəkib. Parlamentin buraxılması tələbi ilə keçirilən aksiya zamanı “Parlament buraxılsın”, “Saxta parlamentə yox”, “İstefa” şüarları səsləndirilib. Polis aksiya iştirakçılarına qarşı zorakılıq işlətsə də, aksiya baş tutmuş hesab olunub. Aksiyada polislər bir sıra jurnalistə zor tətbiq edib.Zorakılığa məruz qalan jurnalistlərin hamısının əynində “Press” nişanlı xüsusi gödəkcə olub. Buna baxmayaraq “Media forum” saytının əməkdaşı Amid Süleymanov, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov polis zorakılığına məruz qalıblar. Polis aksiyanı işıqlandıran iki jurnalist saxlayarkən Fərahim İlqaroğlu özünü ora yetirib. Onu təpikləyiblər. Amid Süleymanov və Etimad Budaqov döyülən, nəfəsliyindən aldığı zərbəyə görə ciddi sıxıntı keçirən Fərahim İlqaroğluna yerdən qalxmağa kömək etmək istəyiblər. Bu zaman Amid Süleymanov və Etimad Budaqov da təpiklə vurulub. Bütün bunlar Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlının gözləri qarşısında baş verib.
Fəvvarələr meydanında keçirilən etiraz aksiyası zamanı həbs olunanlardan 13 nəfərin işi Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə göndərilib.  Onlardan 9 nəfərə 5-7 sutka həbs verilib. Qalanları isə cərimələnib.

VİDEO

http://www.youtube.com/watch?feature=player_embedded&v=RnHS91mW7RM