Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi Gürcüstan təcrübəsini öyrənib

Tiflis (11)Azərbaycan Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin üzvləri Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi ilə birgə təşkil etdikləri konfransa qatılıb. Humanitar Tədqiqatlar Cəmiyyəti mətbuat xidmətindən verilən məlumata görə, martın 13-dən 17-dək davm edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Gürcüstanda məcburi köçkünlərlə bağlı aparılan işlərlə tanış olublar. Səfərin ilk günü Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələri arasında məcburi köçkünlərin problemlərinə həsr olunan müzakirələr aparılıb. Gürcüstan tərəfi son illərdə məcburi köçkünlərin yeni yaşayış yerləri ilə təmin olunması zamanı dövlətin qarşısında duran problemlərə toxunub. Məcburi köçkünlər indiyə kimi Gürcüstan respublikasının ərazisində 400 ictimai binada məskunlaşıblar. Onların əksəriyyəti, xüsusən sərhəd bölgəsinə yaxın rayonlarda yerləşən binalar artıq yararsız hala sdüşüb və həyat üçün təhlükəli vəziyyətdədir. Bildirilib ki, 270 min məcburi köçkün və yaxud 90 min ailənin oldugu respublikada normal şəraiti olan kollektiv məskunlaşma mərkəzlərinin salınması istiqamətində işlər aparılır. Gürcüstanda məcburi köçkünləri yeni evlərə köçürülən zaman həmin evlər onların mülkiyyətinə verilir və onlar isə həmin mülkiyyətlə banklardan kreditlərin alınması zamanı əmlak girovu kimi istifadə edə bilərlər.
Azərbaycan nümayəndə heyəti isə son illərdə məcburi köçkünlrin yerləşdirilməsi ilə bağlı ölkəmizdə həyata həyata keçirilən işlərlə bağlı Gürcüstanlı həmkarlarını məlumatlandırıb. Bu istiqamətdə dövlət və beynəlxalq təşkilatlar tərəfindən görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə çadır şəhərcikləri təmamilə ləğv edilib və məcburi köçkünlər yeni tikilən qəsəbələrdəki fərdi mənzillərə və hündürmərtəbəli yaşayış binalarına yerləşdirilib. Amma müasir standartlara uyğun tikilən mənzillər məcburi köçkünlərin mülkiyyəti sayılmır. Məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası ilə bağlı da problemlər qalmaqdadır.
Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili ilə görüşdə isə Azərbaycan nümayəndə heyəti məcburi köçkünlərin cəmiyyətə inteqrqsiya olunması ilə bağlı dövlətin gördüyü işlərlə bağlı fikir mübadiləsi aparııb.
Şəbəkə üzvləri həmçinin, Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Qaçqın Düşən Şəxslərlə iş üzrə Naziri David Daraxvelidze  ilə görüşüb. Azərbaycan hökumətinin Gürcüstan respublikasına göstərdiyi dəstəyi xüsusi qeyd edən David Daraxvelidze məcburi köçkünlərin yerləşdirilməsi ilə baglı Azərbaycan tərəfinin əhəmiyyətli təcrübəsi oldugunu vurğulayıb.
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru  Əvəz Həsənov isə nazirə xoş sözlərə görə minnətdarlığını bildirib və Azərbaycanda məcburi köçkünlərin inteqrasisyası ilə bağlı mövcud olan problemləri qeyd edib.
Daha sonra nümayəndə heyəti Kutaisi, Zuqdidi, Tsxaltuba şəhərlərində məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baş çəkdilər yeni inşa olunan binalarda əhalinin yaşayışı ilə tanış olublar. Eyni zamanda istirahət düşərgələri və məktəblərdə məskunlaşan məcburi köçkünlərin problemləri ilə tanış olub, yerli icma nümayəndələri ilə görüşüblər.
Qeyd edək ki, səfər Avropa Birliyinin dəstəklədiyi “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa əməkdaşlığı” layihəsinin ikinci fazasının kompanenti kimi İngiltərənin Barışıq Resursları təşkilatının ayırdığı maliyyə əsasında Humanitar Tədqiqatlar Cəmiyyətinin “Azərbaycanda Məcburi köçkünlərə diqqətin yönəlməsi” layihəsinin çərçivəsində reallşıb. Tədbirdə Azərbaycan şəbəkəsini üzvləri – Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov, Huquqi Yardım İctimai Birliyinin direktoru İlqar Qasımov, Gənc Liderlər İctimai Birliyinin sədri Səbinə Ələkbərova,  Regional İnsan Huquqları və Media Mərkəzinin direktoru Xalid Kazımov, Mustəqil Jurnalistlərə Texniki və Huquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev,  “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva və “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin əməkdaşı Fərid Zülfüqarov iştirak edib.