ABŞ-ın Azərbaycandakı səfirliyi İlqar Məmmədov və Tofiq Yaqublunun həbsindən narahatdır

ABŞ-ın Azərbaycandakı səfirliyi İlqar Məmmədov və Tofiq Yaqublunun həbsindən narahatdır. Bu barədə ABŞ səfirliyinin mətbuat katibi Jonas Stewart AzadlıqRadiosunun son həbslərlə bağlı sualını şərh edərkən deyib: «Yanvarın 23-24-ü hadisələri və ondan sonra keçirilən etirazlarla bağlı biz Azərbaycan hökumətini müvafiq qanuni prosedurlara əməl etməyə və şəffaf, ədalətli məhkəmə prosesinin təmin olunmasına çağırırıq.

Ətraflı

Bakıda bu dəfə polis jurnalist və hüquq müdafiəçilərini hədəfə aldı

Yanvarın 26-da Bakıda ictimai-siyasi fəallar, əsasən gənclərdən ibarət olmaqla, İsmayıllıda baş verən hadisələrə və “Binə” ticarətçilərinə qarşı zorakılıq işlədilməsinə qarşı etiraz məqsədilə aksiya keçirib. Bakıdakı fəallar paytaxtda belə bir aksiya keçirməklə İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına diqqət çəkmək istəyirlər.  Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Silahları…

Ətraflı

İsmayıllıda xalq üsyan etdi (Yenilənir)

İsmayıllıda əhalinin etiraz aksiyası bu gün də davam etdirilib. Səhər saatlarından İsmayıllı rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda xeyli insan toplaşıb. Toplaşanlar icra hakimiyyətinin  başçısı Nizami Ələkbərovun istefasını tələb ediblər. Burada aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.

Ətraflı

“Əsgər ölümünə SON”

Bu gün Bakının Fəvvarələr meydanında “Əsgər ölümünə SON” şüarı ilə gənc fəalların etiraz aksiyası keçirildi. Silahlı Qüvvələrdə itkilərin çoxalmasına etiraz edən fəallar əllərində Azərbaycanın, Türkiyənin dövlət bayraqlarını, mərhum əsgərlərin şəkillərini tutmuşdu. Aksiyada əsasən “Şəhidlər ölməz, vətən bölünməz”, “Əsgərimiz ölməsin, Ordu morqa dönməsin”,  “Əsgər ölümünə SON” kimi şüarlar səsləndirilirdi.

Ətraflı

Dunya Miyatoviç həbsdə olan bloqqer və jurnalistlərin əfv olunmasını alqışlayıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç həbs edilmiş 2 jurnalist və bloqqerin azadlığa buraxılmasını alqışlayıb. APA-nın məlumatına görə, o bildirib ki, “bu, öz işlərini azad şəkildə görməli olan jurnalistlər üçün yaxşı şəraitin yaradılmasına kömək edə biləcək çoxdan atılması gözlənilən addım idi”.

Ətraflı

Müxalifətin fəvvarələr meydanında keçirdiyi aksiya dağıdıldı

Bu gün gənclər Bakıda, Fəvvarələr meydanında aksiya keçirib. Aksiya təxminən bir saat çəkib. Parlamentin buraxılması tələbi ilə keçirilən aksiya zamanı “Parlament buraxılsın”, “Saxta parlamentə yox”, “İstefa” şüarları səsləndirilib. Polis aksiya iştirakçılarına qarşı zorakılıq işlətsə də, aksiya baş tutmuş hesab olunub. Aksiyada polislər bir sıra jurnalistə zor tətbiq edib.Zorakılığa məruz qalan jurnalistlərin hamısının əynində “Press” nişanlı…

Ətraflı

ABŞ səfirliyinin dəstəyi ilə 40 blogger hazırlanıb

“Regional İnsan Hüquqları və Media Mərkəzi daha bir layihəni uğurla icra edib. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi dörd ay müddətində icra edilib. Layihə çərçivəsində Ağdam və Goranboy rayonlarının hər birində gənclər üçün iki günlük təlim keçirilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən…

Ətraflı