“Amnesty İnternational” Rafiq Tağının qətli ilə bağlı bəyanat yayıb
“Amnesty İnternational” (Beynəlxalq Əfv) təşkilatı azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, 2006-cı ildə İranın tanınmış ruhanisinin Rafiq Tağının ölümünə fətva verməsi və bu günlərdə azərbaycanlı yazıçının müəmmalı şəkildə qətlə yetirilməsi, eyni zamanda həmin ruhaninin oğlunun bu cinayət faktını alqışlaması İranın Cinayət Məcəlləsində islahatlar…