“Yeni Nəsil” Jurnalistlər Birliyi вя ATƏT-in media azadlığı üzrə nümayəndəsi yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirlməsilə bağlı bəyanat verib. “Yeni Nəsil” Jurnalistlər Birliyiнин бяйанатында билдирилир: “2011-ci il noyabr ayının 23-də Azərbaycanda son 20 ildə qətlə yetirilmiş jurnalistlərin sayı 10-a çatdı. Tanınmış jurnalist və yazar Rafiq Tağı naməlum şəxs tərəfindən bıçaqlandıqdan dörd gün sonra xəstəxanada keçindi. Rafiq Tağının mətbuatda çıxışları dəfələrlə gərgin ictimai müzakirələrə səbəb olub. Bu, çoxlarında etiraz doğursa da, demokratik cəmiyyətin mühüm elementlərindən biridir: hətta ən qıcıqlandırıcı formada ifadə edilmiş fərqli fikrə də dözümlə yanaşmaq, çoxluq tərəfindən qəbul edilmiş əxlaq normaları baxımından yanlış hesab edilən ideyaların qarşısına güllə ilə, bıçaqla, qandalla deyil, sözlə çıxmaq lazımdır. Biz əminik ki, Rafiq Tağıya hücum onun peşə fəaliyyəti ilə əlaqədardır. Jurnalistlərə qarşı şəxsi motivlərlə sui-qəsdlər təşkil edilmir. Azərbaycanda peşə fəaliyyəti ilə bağlı öldürülmüş on jurnalistin hamısının qətlinin arxasında siyasi motivlər dayanır. Rafiq Tağıya hücumun kimlər tərəfindən təşkil olunması barədə müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimalları araşdırmaq, Rafiq Tağının qatilini və qətlin sifarişçilərini tapıb üzə çıxarmaq ölkənin hüquq-mühafizə orqanlarının ümdə vəzifəsi olmalıdır. Əks təqdirdə, bu cinayətə görə məsuliyyətin bir qismi də hakimiyyətin üzərinə düşəcək. Təkcə ona görə yox ki, hökumət bütün açılmamış cinayətlərin məsuliyyətini bölüşməlidir. Həm də ona görə ki, son illərdə çoxsaylı fiziki təzyiqlərə və sui-qəsdlərə məruz qalmış jurnalistlərə qarşı hücumların tam əksəriyyəti üzrə cinayətkarlar cəzasız qalıblar və biz Rafiq Tağının qətlini bunun məntiqi nəticəsi kimi qəbul edirik. Cəzasızlıq mühiti sözün düşmənlərini yeni cinayətlərə həvəsləndirir”.
Гейд едяк ки, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yazıçı və publisist Rafiq Tağının ölümündə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb. R. Tağının ölümündən kədərləndiyini bildirən ATƏT rəsmisi cinayətkarların ədalət mühakiməsi önünə çıxarılacağına ümid etdiyini söyləyib: “Yazıçı və jurnalistlərə hücumlar media azadlığı və ifadə azadlığına hücumdur. Bu cür cinayətlər demokratiya naminə tam şəkildə araşdırılmalıdır. Ümid edirəm ki, Azərbaycanın hakimiyyət orqanları tezliklə araşdırmanı başa vuracaq. Cinayətin motivindən asılı olmayaraq, bu iyrənc cinayətdə əli olanlar və onun arxasında duranlar məsuliyyətə cəlb olunmalıdırlar”.
ATƏT nümayəndəsi bəyanatında Tağlının yaxınlarına və həmkarlarına başsağlığı verib.
Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi