pia.az-in əməkdaşı fiziki təzyiqə məruz qalıb
Sentyabrın 13-də Pia.az –ın (Poliqon İnformasiya Agentliyi) şimal bürosunun əməkdaşı Cəmil Məmmədli Bakı şəhərindən Xaçmaz rayonuna qayıdarkən, yaşadığı evin yaxınlığında 3 nəfər şəxsin hücumuna məruz qalıb. Bu barədə bu gün (16 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.