Elektron xidmətlərin təbliği ilə bağlı iki veriliş və sosial çarx hazırlanıb

verilish avElektron xidmətlərdən istifadənin genişləndirilməsi üçün maarifləndirmə işləri davam etdirilir. Məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir. Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımovun sözlərinə görə, artıq elektron xidmətlərin təbliği ilə bağlı iki veriliş və sosial çarx hazırlanıb. Televiziya verilişləri və sosial çarx “Qarabağ” internet televiziyasında  çəkilərək yayımlanıb. Verilişdə əhaliyə respublikamızda ayrı-ayrı dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat veriləcək. Həmçinin, icra olunan layihə, əhalinin ödənişsiz hüquqi və texniki yardım ala biləcəkləri ünvanlarla bağlı onlara məlumat veriləcək.

İlk verilişin qonağı Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev olub. Verilişdə hazırda icra olunmaqda olan “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, şəffaflığın təminində elektron xidmətlərin rolu müzakirə olunub.

 https://www.youtube.com/watch?v=9sXAucIuUWU&feature=youtu.be

İkinci verilişdə isə ekspert Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Ruhəngiz Mehmanqızı olub. Verilişdə “Elektron hökumət” portalına çıxış imkanlarının asanlaşdırılması məqsədi ilə portalın mobil interfeysinin, mobil tətbiqinin və ödəniş imkanlarının təkmilləşdirilməsi, elektron imza, yeni istifadəyə verilən elektron xidmətlər müzakirə olunub.

https://www.youtube.com/watch?v=W2A594GCP-Q&feature=youtu.be

Elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün hazırlanan 5 dəqiqəlik sosial çarxda elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüyü təqdir edilir. Sosial çarxda respublikamızda ayrı-ayrı dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə əhaliyə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verilir. Sosial çarxda elektron xidmətlərin insanlara verdiyi üstünlüklər: məmur-vətəndaş birbaşa təmaslarının aradan qaldırması, məmurların kabinetləri qarşısında saatlarla növbə gözləməmək, zamana qənaət etmək, da, bürokratik əngəllərdən xilas olmaq, daha rahat xidmət almaq praktiki olaraq təbliğ edilir. Sosial çarxda tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov çəkilib.

https://www.youtube.com/watch?v=nSjgt0Fjavw&feature=youtu.be