“Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi bu gün videokonfrans vasitəsilə keçirilir”. Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
O bildirib ki, sazişin sektoral hissəsi üzrə danışıqlar aparılır. Səfir qeyd edib ki, danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək və Brüsseldən nümayəndə heyəti gələcək: “Müzakirələrin ən yaxın vaxtda baş tutacağına ümid edirik”.
K. Yankauskas vurğulayıb ki, tezliklə sazişin başa çatdırılması üçün intensiv işləməyə hazırdırlar: “Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin bu yaxınlarda Brüsseldə söylədiyi kimi, saziş üzrə danışıqlar bu il başa çata bilər”.
K. Yankauskasın sözlərinə görə, digər sahələr üzrə danışıqlar üçün tarix müəyyənləşməkdədir.