Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi arasında bağlanmış qrant müqaviləsi əsasında təşkilat “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsini icra edir. Layihə çərçivəsindəregionlarda yaşayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək. Layihə çərçivəsində Bərdə rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi konsultasiya xidmətinin göstərilməsi üçün 2 nəfər hüquqşünas axtarılır.
İş öhdəlikləri:
- Aztəminatlı şəxslərə ödənişsiz hüquqi konsultasiya xidməti göstərilməsi;
- Daxil olmuş müraciət əsasında müvafiq qurumlara ərizə, sorğu, müraciətlərin hazırlanması və göndərilməsinə köməklik göstərilməsi;
- Məhkəmələrə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;
- Layihə müddətində vətəndaşlardan daxil olan hüquqi problemlərlə bağlı suallar əsasında izahat videolarının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali hüquq təhsili;
- 2 ilədək hüquqşünas təcrübəsi;
- Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual, sosial təminat, əmək qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaq;
- Azərbaycan dilini əla (yazı, danışıq) səviyyədə bilmək;
- Vətəndaş cəmiyyətində işləməyə və sosial hüquqlarla bağlı ixtisaslaşmağa maraqlı olmaq;
- Öyrənməyə maraqlı olmalı və işini punktual olaraq vaxtında təhvil verə bilmək.
Hüquqşünasa xidmət haqqı göstərilən xidmət sayına görə ödəniləcək. Bir hüquqi konsultasiya xidməti üçün 30 ABŞ dolları, bir məhkəmədə müdafiə işinə görə 65 ABŞ dolları (Ödəniş gününə manat məzənnəsi ilə) ödəniləcək.
Bərdə rayonunda çalışa biləcək hüquqşünaslar CV-lərini aşağıdakı e-mailə göndərə bilərlər: huqugiyardim@gmail.com
Müraciət üçün son tarix: 30 aprel 2023-cü il.