Bu gün – 10 dekabr 2024-cü ildə dünyanın ən əsaslı qlobal öhdəliklərindən birinin – İnsan Hüquqları üzrə Ümumdünya Bəyannamənin (UDHR) 76-cı ildönümü qeyd edilir. Bu əlamətdar sənəd irqindən, rəngindən, dinindən, cinsindən, dilindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, doğumundan və ya digər vəziyyətindən asılı olmayaraq hər kəsin bir insan kimi sahib olduğu ayrılmaz hüquqlarını təsbit edir.
Bəyannamə 1948-ci il dekabrın 10-da Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilmiş və ilk dəfə olaraq universal şəkildə qorunacaq əsas insan hüquqlarını müəyyən edir.
500-dən çox dildə mövcud olan bu, dünyada ən çox tərcümə edilən sənəddir.