Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər peşə biliklərinə yiyələnib
“Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb. Kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilib. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb…