“Jurnalist gödəkcəsi geyinənlərə təzyiq halları demək olar ki, olmur”

“Keçirilən aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2012-ci il üzrə hesabatı ilə bağlı keçirilən mətbuat konfransında deyib. Ə.Amaşov bildirib ki, aksiyalarda jurnalistlərin fəaliyyəti məsələsi daim gündəmdə olub və burada hər hansı problemin yaranmaması üçün Mətbuat Şurası bir sıra addımlar atır.

Ətraflı

Bakıda bu dəfə polis jurnalist və hüquq müdafiəçilərini hədəfə aldı

Yanvarın 26-da Bakıda ictimai-siyasi fəallar, əsasən gənclərdən ibarət olmaqla, İsmayıllıda baş verən hadisələrə və “Binə” ticarətçilərinə qarşı zorakılıq işlədilməsinə qarşı etiraz məqsədilə aksiya keçirib. Bakıdakı fəallar paytaxtda belə bir aksiya keçirməklə İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına diqqət çəkmək istəyirlər.  Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Silahları…

Ətraflı

İsmayıllıda xalq üsyan etdi (Yenilənir)

İsmayıllıda əhalinin etiraz aksiyası bu gün də davam etdirilib. Səhər saatlarından İsmayıllı rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda xeyli insan toplaşıb. Toplaşanlar icra hakimiyyətinin  başçısı Nizami Ələkbərovun istefasını tələb ediblər. Burada aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.

Ətraflı

“Əsgər ölümünə SON”

Bu gün Bakının Fəvvarələr meydanında “Əsgər ölümünə SON” şüarı ilə gənc fəalların etiraz aksiyası keçirildi. Silahlı Qüvvələrdə itkilərin çoxalmasına etiraz edən fəallar əllərində Azərbaycanın, Türkiyənin dövlət bayraqlarını, mərhum əsgərlərin şəkillərini tutmuşdu. Aksiyada əsasən “Şəhidlər ölməz, vətən bölünməz”, “Əsgərimiz ölməsin, Ordu morqa dönməsin”,  “Əsgər ölümünə SON” kimi şüarlar səsləndirilirdi.

Ətraflı