Bu gün «Binə» Ticarət Mərkəzində yerpulu artımına etiraz olaraq satıcılar etiraz aksiyasına başlayıb. Aylıq icarə haqqının 250 manat artırılması satıcıların narazılığına səbəb olub. Buna etiraz olaraq alveri dayandıran satıcılar Ticarət Mərkəzinin qarşısından keçən Bakı-Lökbatan yolunu bağlayıblar. Daha sonra etirazçılar Bakıya doğru yürüş etməyə çalışıb. Nəticədə polislə qarşıdurma yaranıb. Aksiyanın dağıdılmasında rezin güllələrdən istifadə olunub. Aksiya iştirakçıları isə polisə daş və boş şüşə qablar atıblar. Bu dəfə də jurnalistlərin ərazidə çəkiliş aparmasına imkan verilməyib.
Video
https://www.youtube.com/watch?feature=player_embedded&v=VK7TcACiaOw