Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

sehkil (6)Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Bərdə rayonunda həyata keçiriləcək «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edəcək. Layihənin məqsədi məcburi köçkünlər üçün salınan  qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və  məşğulluğunun artırılmasına nail olmaqdır. Layihə çərçivəsində məcburi köçkün ailələrindən olan şəxslərə üç ay müddətində kompyuter bilikləri veriləcək. Layihədən birbaşa Bərdə şəhərində yaşayan məcburi köçkün ailələrindən olan 20 nəfər faydalanacaq. Daha sonra isə həmin gənclərin imkanlarından istifadə edilməklə qəsəbə ərazisində yaşayan digər məcburi köçkünlər də kompyuter bilikləri əldə edə biləcək.
Qeyd edək ki, layihə Barışıq resursları (Conciliation Resources) təşkilatının dəstəyi ilə həyata keçirilir.