RIHMM Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şurasında təmsil olunacaq

loqo1Dekabrın 13-də Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Ümumi Yığıncağı keçirilib. Kempinski Otel Badamdarda düzənlənən tədbirdə koalisiya üzvü olan təşkilatlardan 71-i iştirak edib. Qonaqlar arasında Amerika Birləşmiş Ştatlarının səfiri Riçard Morninqstar, Dünya Bankının ölkə direktoru Larisa Leşçenko, Ödədiyini Açıqla(PWYP)beynəlxalq koalisiyasının Avrasiya üzrə koordinatoru Oliana Valigura, eləcə də MSŞT üzrə katibliyin nümayəndələri və Çoxtərəfli Qrupun şirkətlərdən olan təmsilçiləri də olub.Son 1 ildə Şuranın koordinatoru olmuş Zöhrab İsmayıl açılış nitqilə çıxış edib. O, qonaqları salamlayaraq, Ümumi Yığınacağın işinə uğurlar arzulayıb.
ABŞ səfiri R.Morninqstar çıxışnda ölkəsinin şəffaflıq təşəbbüsünə ciddi önəm verdiyini qeyd edib. Səfir bildirib ki, Biləşmiş Ştatlar da təşəbbüsün tam hüquqlu üzvü olmağı planlaşdırır: “Biz ümid edirik ki, prosesin aktiv iştirakçısına çevriləcəyik və bu yöndə fəaliyyətimizi davam etdiririk”.
Səfir prosesdə vətəndaş cəmiyyətinin rolundan da danışıb. O qeyd edib ki, şəffaflıq təşəbbüsünün möhkəmlənməsi və əhatə dairəsinin genişlənməsində QHT-lərin rolu böyükdür: “Vətəndaş cəmiyyəti prosesin aparıcı qüvvəsidir və inanıram ki, bundan sonra da QHT-lər prosesdəki rolunu qoruyub saxlayacaqlar”.
MSŞT-nin yeni standartlara keçidinin əhəmiyyətindən danışan cənab Morninqstar Azərbaycanın şəffaflıq təşəbbüsünə qoşulduğu ilk illəri xatırladıb: “Azərbaycan təşəbbüsə qoşulandan sonra bu prosesdə aparıcı ölkə olub. Biz ümid edirik ki, Azərbaycan MSŞT-nin yeni standartlarına  keçidi də təmin edəcək. Cəmiyyət böyük gəlirlərin necə xərclənməsindən məlumatlı olmalıdır”.
Dünya Bankının ölkə direktoru Larisa Leşçenko çıxışında koalisiyanın prosesdəki iştirakını yüksək qiymətləndirib.  O qeyd edib ki, Azərbaycanda MSŞT-nin oturuşması və genişlənməsində QHT koalisiyasının mühüm rolu olub. MSŞT tərəfdaşları yeni standartlar işləyib ortaya çıxarıblar. Biz inanırıq ki, QHT Koalisiyası bu standartların tətbiqi prosesində də yaxından iştirak edəcək. Azərbaycan MSŞT-nin yeni mərhələsinə keçib.  Biz arzulayırıq ki, Azərbaycan yeni fazada da lider olsun. Dünya Bankı bu prosesdə iştirak edən tərəflərə dəstək verməyə hazırdır”.
Ödədiyini Açıqla Koalisiyasının Avrasiya üzrə koordinatoru Oliana Valigura da çıxışında MSŞT-nin yeni standartlara keçidinin sürətlənməsində maraqlı olduqlarını vurğulayıb. O qeyd edib ki, bu işdə QHT Koalisiyası aparıcı rol oynaya bilər: “Biz maraqlıyıq ki, koalisiya təkcə yerli cəmiyyətdən deyil, həm də beynəlxalq cəmiyyətdən dəstək alsın. Vətəndaş cəmiyyətinin səsi həmişə eşidilir və beynəlxalq səviyyədə dəstəklənir”.
663MSŞT-nin Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu Azərbaycanda MSŞT-nin inkişafı ilə bağlı mövqe sənənədini təqdim edib. Sənəddə MSŞT-nin inkişaf tarixindən, prosesin əhəmiyyətindən və mövcud problemlərdən bəhs olunub. Q.İbadoğlu şirkətlərin təqdim etdiyi hesabatlarda xüsusi əhəmiyyətə malik məqamların öz əksini tapmadığını önə çəkib: “ARDNŞ-in fəaliyyətinin izlənməsi üçün yetərli məlumatlar verilmir. Şəffaflıqla bağlı ciddi problemlər var”.
Sabit Bağırov Çoxtərəfli Qrupda yeni standartlara keçidilə bağlı görülən işlərə dair məlumat verib. O, eyniz zamanda Qrupun iclasları, müzakirə olunmuş məsələlər və qəbul olunmuş qərarlardan danışıb.
Daha sonra sədarət seçilib, Koalisiya Şurasına və Monitorinq Qrupuna seçkilərin təşkililə bağlı Say Komissiyası formalaşdırılıb, namizədlərin son siyahısı təsdiqlənib. Ardınca Şura və Monitorinq Qrupunun hesabatı dinlənilib. Yığıncaq iştirakçıları nahar fasiləsi zamanı seçki bülletenlərini alaraq səs veriblər.
Tədbirdə Sabit Bağırov, Azər Mehdiyev, Qubad İbadoğlu və Elçin Abdullayev Koalisiyanın strateji hədəfləri və vətəndaş cəmiyyətinin vəziyyətinə dair məruzə xarakterli çıxış ediblər.
Ümumi Yığıncağın sonunda 5 nəfərdən ibarət Say Komissiyası səsvermənin nəticəsini elan edib. Eyni zamanda, bildirilib ki, ümumilikdə 70 bülleten sayılıb, onlardan 3-ü etibarsız hesab olunub. Beləliklə aşağıda adları çəkilən şəxslər qarşıdakı iki il ərzində Koalisiyanın seçkili orqanlarında təmsil olunacaqlar:
Şura.
1.Qubad İbadoğlu – 58 səs
2.Rafiq Təmrazov – 50 səs
3.Sevil Allahverdiyeva – 48 səs
4.Məlahət Mürşüdlü – 47 səs
5.Azər Mehtiyev – 46 səs
6.Mehriban Vəzir – 42 səs
7.Taley Əliyev – 40 səs
8.Əliməmməd Nuriyev – 38 səs
9.Anar Orucov – 38 səs
10.Xalid Kazımov – 34 səs
Zöhrab İsmayıl və İlqar Hüseynli hərəyə 27 səs yığaraq 11-ci yeri bölüşdürüblər.

Monitorinq Qrupu.
1.Məmmədhəsən Həsənov – 50 səs
2.Azər Rəsulov – 42 səs
3.Sevil Yüzbaşova – 42 səs
4.Sədaqət Paşayeva – 40 səs
5.Lətafət Məlikova – 36 səs