Jurnalist Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi

Perviz03Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəmə prosesi yekunlaşıb. Prosesdə məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Dövlət ittihamçısı Pərviz Həşimli və Təvəkkül Qurbanovun hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.