“Azadlıq” qəzeti fəaliyyətini dayandıra bilər

azadliq qezeti“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin üzləşdiyi problemlərlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Hacıyev bildirib ki, hazırda qəzet maliyyə cəhətdən çətin vəziyyətdədir. Onun sözlərinə görə, “Qasid” firması da qəzetə olan borcunu ödəmək istəmir: “Metroda qəzet satışının dayandırılması ilə vəziyyətimiz daha da ağırlaşıb. Son iki ayda qəzetin əməkdaşlarının məvacibini vermək imkan yoxdur. 2012-ci ilin aprel ayından başlayaraq “Qasid” firması qəzetə ödəmələri gecikdirməyə başlayıb. Bizim bu firmanın rəhbərliyi ilə danışıqlarımız da nəticəsiz qaldı. Çox ağır bir vəziyyətlə qarşılaşmışıq”.R. Hacıyev “Azadlıq” qəzetinin “Azərbaycan” Nəşriyyatına xeyli miqdarda borcunun yarandığını da deyib: “İki gün əvvəl isə nəşriyyat bizə müraciət edərək, 18 min manat borcumuzun olduğunu, borcun iyun ayına kimi ödənilməyəcəyi təqdirdə qəzetin çapının dayandırılacağını bildirib”.

O, oxuculardan qəzetə dəstək istəyib.