Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçiriləcək

loqo1Regional İnsan Hüquqları və Media Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsi 4 ay müddətində icra ediləcək. Layihə çərçivəsində Bərdə (01-02 avqust) və Naftalanda (22-23 avqust) iki günlük seminar keçiriləcək. Media üzrə tanınmış ekspertlərin apardığı seminarda Bərdə, Ağdam, Tərtər və Naftalanda yaşayan sosial şəbəkələrdə aktiv olan, sosial media və vətəndaş jurnalistikasına marağı olan olan gənclərin iştirakı nəzərdə tutulub. Bərdə rayonunda keçiriləcək seminarda Ağdam və Bərdə rayonundan, Naftalanda keçiriləcək seminarda isə Naftalan və Tərtərdən olan gənclər iştirak edə bilər. Seminarda iştirakçılara jurnalistikanın əsas şərtləri, jurnalisitin vəzifələri, mövzuların seçilməsi, oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması, KİV haqqında qanun, sosial media, vətəndaş jurnalistikası ilə bağlı nəzəri və təcrübi biliklər veriləcək. Həmçinin, iştirakçılar bloq yaradılması, regiona aid xəbərlərin sosial mediada yayılması yolları ilə bağlı məlumat əldə edəcəklər. Gənclərə yeni medianın təmamilə məsuliyyətsiz sahə olmadığı və onlara verilən imkandan süi-istifadə edilməməsinin zəruriliyi aşılanacaq. Gənclər yeni mediada yaydıqları doğru olmayan informasiya, başqalarına ünvanlanan təhqir, böhtana görə daşıdıqları məsuliyyət barədə məlumatlandırılacaq. Sonrakı mərhələdə seminarda iştirak edən gənclərin yaşadıqları rayonlara aid hazırladıqları xəbər, audio və video reportajların ölkə mediasında yayılmasına köməklik göstəriləcək. Seminarda iştirak etmək istəyənlər təşkilatın elektron poçtuna (regional.human.rights@gmail.com: xalidvahidoglu@gmail.com: natiqvk@gmail.com) yaza və ya Natiq Kazımovla (0506218755) əlaqə saxlaya bilər.