Hüquq müdafiəçisi İntiqam Əliyev həbs edildi

intigam eliyev 2014Bu gün daha bir hüquq müdafiəçisi həbs edildi. Səhər saatlarında  Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İnqiqam Əliyev saxlanılaraq Baş Prokurorluqda dindirilib. Daha sonra ofisində axtarış aparılıb. Ofisə axtarış üçün gətirilərkən İntiqam Əliyev jurnalistlərə  «təqsirləndirlən şəxs» qismində ittiham elan olunduğunu bildirib:  «Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar. Mən də o, «cinayətkar»lardan biriyəm. Dostlar, siz həbsdəkilərin müdafiəsi ilə məşğul olun, mənə ehtiyac yoxdur…» Daha sonra hüquq müdafiəçisi  Nəsimi Rayon Məhkəməsinə  aparılıb. Məhkəmə prosesi 1 saat yarım çəkib.  Məhkəmə binasının önündə çoxlu media nümayəndələri və hüquq müdafiəçiləri olub. İ.Əliyevin vəkili Anar Qasımlı media qarşısına çıxaraq, bildirb ki, İntiqam Əliyevin barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə (192, 213, 308) 3 ay həbsqətimkan tədbiri seçilib.
O, deyib ki, müvəkkilinə qarşı əsas ittiham qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma olub. İ. Əliyevi ayrı-ayrı qrant layihələrini qanunsuz nəğdləşdirməkdə, onları qeydiyyatdan keçirtməməkdə suşçlayıblar. A. Qasımlı dərhal qeyd edib ki, bu hərəkətətlər cinayət məsuliyyəti yaratmır, inzibati məsuliyyət yaradır: “Bunu qarşılığı cərimədir”.
A. Qasımlı deyib ki, məhkəmə prosesində İntiqam Əliyev də çıxış edib: “Mənim həbsimi sifariş ediblər, ona görə də buradayam, hakimdən də heç bir xahişim yoxdur, bilirəm ki, ona nə deyiblərsə, edəcəklər. Mənim həbsim bir siyasi sifarişdir, səbəbi də rejimə müxalif olan insanları müdafiə etməm, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmam,  kompromissiz mövqe sərgiləməmdir”.
Vəkil deyib ki, onlar həbsə hazır idilər, buraya gələrkən, bu nəticəni gözləyirdilər. Bütün bunlara baxmayaraq, bu qanunsuz həbsdən müvafiq qaydada şikayət veriləcək və mübarizə beynəlxalq müstəvidə davam etdiriləcək.
İntiqam Əliyevə qarşı irəli sürülən ittihamları şərh edən Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli bu sözləri AzadlıqRadiosuna müsahibəsində deyib.
«Ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Məqsəd sadəcə, ölkədə qalan az saylı vətəndaş cəmiyyətinə birdəfəlik zərbə endirməkdir».
Ənnağı Hacıbəylinin dediyinə görə, İntiqam Əliyev vəzifəli şəxsin səlahiyyətlərini və qrant vəsaitini mənimsəmədə ittiham olunur.
«Beləki Ədliyyə Nazirliyi onun sonuncu dəfə Hüquq Maarifçiliyi cəmiyyətinin prezidenti seçilməsini qeydə almayıb. İddia olunur ki, guya o cəmiyyətin prezidentliyi vəzifəsini mənimsəyib. Bundan başqa İntiqam Əliyev qrant müqaviləsi imzalayıb, pul banka köçürülüb, ancaq Ədliyyə Nazirliyi layihəni qeydə almadığına görə İntiqam müəllim o pulu heç hesabdan çıxarmayıb da. Pul qəpiyinə qədər bankdadır. Absurd ittiham irəli sürüblər ki, o pulu mənimsəyib».

VİDEO

https://www.youtube.com/watch?v=Op2sjgB1498

https://www.youtube.com/watch?v=xLB0Cs92WX0