RİHMM-nin MHŞT ilə bağlı hazırladığı ilk veriliş nümayiş olunub

verilish 2Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün (MHŞT) mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini, Azərbaycanın statusunun bərpası üçün MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən tövsiyyə olunan islahedici planın icrası və növbəti qiymətləndirmə öncəsi bu sahədəki mövcud vəziyyətin müzakirə olunduğu iki televiziya verilişinin hazırlanması nəzərdə tutulub. Layihədə nəzərdə tutulduğu kimi həmın verilişin biri “Kanal 13” internet televiziyasında (“Hüquqi işığında” verilişi) hazırlanaraq yayımlanıb. Verilişdə MHŞT-nin Azərbaycan üçün əhəmiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ölkəmizin atdığı addımlar, Azərbaycanın statusunun bərpası üçün MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən tövsiyyə olunan islahedici planın icrası istiqamətində görülən işlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, verilişdə ekspert İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Şura üzvü, Çoxtərəfli qrup üzvü Əliməmməd Nuriyev olub.  Verilişin aparıcısı isə «Regional İnsan Hüquqları və Media Mərkəzi» İB-nin sədri Xalid Kazımovdur.

 Verilişə aşağıdakı linkə daxil olmaqla baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=noulWf6cIdQ&feature=youtu.be