Avrasiya Əməkdaşlıq Fondu təlimçi-mütəxəssis axtarır

Avrasiya Əməkdaşlıq Fondu təlimçi-mütəxəssis axtarır. Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişikliklər etməyə imkan yaratmaqdan, həmçinin onlara öz icmalarını və həyatlarını yaxşılaşdırmaqda yardım etməkdən ibarətdir. Azərbaycanda qeydiyyatdan keçmiş Avrasiya Əməkdaşlıq Fondu, keçmiş Sovet ölkələrində formalaşan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış və özəl idarəetmə sisteminə malik, gəlirsiz təşkilat olan Avrasiya Fondunun (AF) varis institutudur.  resurs.az-ın verdiyi məlumata görə, AƏF, İsveç Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Avropa Proqramı çərçivəsində və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə gənclərə, bələdiyyələrə və mətbuat nümayəndələrinə Avropa Birliyi, onun institusional təşkilatları və dəyərləri, həmçinin, Şərq Tərəfdaşlığı və Avropaya inteqrasiya mövzusunda seminarı aparan təlimçi-mütəxəssis axtarışındadır. Təlimlərin üç gün müddətində respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur.