TQDK jurnalistləri mükafatlandırdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Mətbuatının yaranmasının 136-ci ildönümünə həsr olunan müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, müsabiqə 2 nominasiya üzrə aparılıb.

Müsabiqə 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının gedişinə həsr olunub.  Ən yaxşı televiziya reportajı nominasiyası üzrə birinci yeri “Xəzər” Televiziyasından  Firüzə Qurbanlı (800 manat), ikinci yeri Azərbaycan Dövlət Televiziyasından Ramin Qurbanov (600 manat), üçüncü yeri İctimai Televiziyadan əməkdaşı Ülviyyə Əlləzova (400 manat) tutub.   Ən yaxşı məqalə nomiinasiyası üzrə birinci yer “Üç nöqtə” qəzetini əməkdaşı Xalid Vahidoğluna (800 manat), ikinci yer “Trend” İnformasiya Agentliyindən  İlhamə İsabalayevaya (600 manat), üçüncü yer APA-dan Kəmalə Qüliyevaya (400 manat) qismət olub.