Finlandiya 200 min avroluq ekoloji müsabiqə elan edir

 Finlandiya hökuməti Cənub İqlim Dəyişikliyi Layihəsi dəstəkləyəcəyini bildirib və bunun üçün 200 min avroa vəsait ayırıb. Layihənin adı «İnkişaf etməkdə olan ölkələrin potensilaın artırılması, iqlim dəyişikliyi ilə bağlı milli hərəkətlərin dəstəklənməsi, dayanaqlı inlişafın və qlobal dəyişikliklərdə iştirak və müzakirə”dir. 3 il müddətinə nəzərdə tutulub. Layihə inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyinin qarşısının alınmasına hesablanıb. Milli səviyyədə üç istiqamətə üstünlük veriləcək. Birinci məqsəd, iqlim dəyişikliyi ilə əlaqəli institusional stukturlar haqda məlumat toplamaqdır. İkinci məqsəd iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı sənədlər və planların hansı səviyyədə olnmasını öyrənmək. Üçüncü məqsəd isə inkişaf etməkdə olan ölkələrin təqdim olunan həll variantları və texnoloji tələbatlarının ödənilməsinə konsentrə olmaqdır.

daha ətraflı http://formin.finland.fi/