UNESCO 2011-ci il üzrə əqli inkişafdan geri qalmış şəxslər üçün keyfiyyətli təhsilin tətbiqinə dair UNESCO/Emir Jaber al-AHmad al-Jaber al-Sabah mükafatını elan edib. Mükafat əqli inkişafdan geri qalmış şəxslər üçün keyfiyyətli inklüziv təhsilin tətbiqi sahəsində aktiv fəaliyyət göstərən və yüksək nəticələrə nail olan şəxslər, qruplar, dövlət və qeyri-dövlət təşkilatları və ya mərkəzlər üçün nəzərdə tutulub. Qaliblər yüksək səviyyəli beynəlxalq münsiflər heyətinin təklifləri əsasında UNESCO-nun baş katibi tərəfindən müəyyənləşdiriləcək.
Mükafat haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://unesdoc.unesco.org/images/0019/001926/192645e.pdf
Müraciət üçün son tarix: 1 sentyabr 2011-ci il Müraciətlər UNESCO-nun Əsas Təhsil Bölməsinə göndərilməli, eyni zamanda UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu barədə məlumatlandırılmalıdır.