Avrasiya Əməkdaşlıq Fondu Bələdiyyə Xidmətlərində Şəffaflığın təmin edilməsi mövzusunda televiziya verilişinin istehsalı üzrə açıq müsabiqə (tender) elan edir. Müsabiqə (tender) Norveçin Statoil Şirkətinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Bələdiyyə Xidmətində Şəffaflıq” layihəsinin məqsədlərinə uyğun olaraq bələdiyyələr barədə silsilə verilişlərin hazırlanmasını nəzərdə tutur. Bu müsabiqənin (tenderin) məqsədi Azərbaycanda bələdiyyə xidmətlərində şəffaflığın təmin edilməsi üçün QHT-lər, bələdiyyə qanunvericiliyi, və bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi mexanizmlərinin öyrədilməsidir.Müsabiqənin (tenderin) iştirakçıları veriliş hazırlanması üzrə təcrübələri olan hüquqi şəxslər – mərkəzi və regional televiziyalar, reklam şirkətləri, production-lar və ya bu müsabiqədə (tenderdə) iştirak etmək məqsədilə birləşən fiziki şəxslər qrupu, o cümlədən daimi rubrikaların aparıcıları ola bilər. Müsabiqə (tender) iştirakçılarının bələdiyyələrin fəaliyyəti barədə məlumata malik olmaları və bu mövzuda əvvəlki iş təcrübələri arzu olunandır.
Verilişin təklif olunan ssenarisi orijinal, sadə, konkret olmalı və mesajı hədəf qruplarına ən səmərəli yollarla çatdırılmasını təmin etməlidir. Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 2 nüsxədə (CD –yə yazılmış formada) Avrasiya Əməkdaşlıq Təşkilatının ofisinə təqdim olunmalıdır. Təklifləri göndərmək üçün son tarix 31 oktyabr, 2011-ci il, saat 18.00-a qədərdir.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi