Azərbaycanda iki telekanalın lisenziya müddəti uzadılıb

Milli Televiziya və Radio Şurasının bazar ertəsi keçirilən növbəti iclasında “AG Telekom” MMC-nin kabel şəbəkəsi yayımı üçün və “Faraon-1” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Trend-in məlumatına görə, MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddəsini rəhbər tutaraq hər iki MMC-nin xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.