2 aprel məhbuslarına hökm oxundu

Bu gün “İctimai Palata” adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə hökm oxunub. Səbail rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilənlər – Sahib Kərimov və Elşən Həsənov 2 il, Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Zülfüqar Eyvazov və Babək Həsənov hər biri 1 il 6 ay azadlıqdan məhrum ediliblər.  Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.