Nuşirəvan Məhərrəmli: “ İnternet televiziyası dövlət tərəfindən tənzimlənməlidir”

 “İnternet televiziyası ilə bağlı məsələ tək Azərbaycanda deyil, dünyada müzakirə mövzusudur. Avropa Şurasına üzv dövlətlərin nazirləri bu məsələ ilə bağlı bir araya gəlsələr də, yekdil qərar qəbul edə bilməyiblər”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.İnternet televiziyasının televiziya yayım üsullarından və fəaliyyət növlərindən biri olduğunu deyən MTRŞ sədri bu fəaliyyət sahəsinin dövlət tərəfindən tənzimlənməli olduğunu vurğulayıb: “Artıq dünyada bu baş verir. Azərbaycan Avropa ölkələrinin təcrübəsindən yararlanmaq niyyətindədir. Əgər Avropa Şurasına üzv ölkələr bununla bağlı hər hansı qərar qəbul edərsə, Azərbaycan da bunu təkrarlayacaq”.