ABŞ 2 aprel aksiyasında saxlanan şəxslər barəsində məhkəmə hökmünə münasibət bildirib

 ABŞ Səbail Rayon Məhkəməsinin Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlını 2 aprel 2011-ci ildə baş vermiş dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi ilə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə 3 oktyabr tarixli qərarına təəssüflənir. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumatda eyni məhkəmənin Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov və Elnur İsrafilovu oxşar ittihamlarla məhkum etmə barədə 25 avqust qərarına da təəssüf ifadə olunur.  ABŞ Azərbaycan hökumətinin bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etmək kimi Konstitusiya və beynəlxalq öhdəliklərini xatırladır. Müvafiq olaraq Birləşmiş Ştatlar ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apellyasiya şikayətinin Azərbaycanın Konstitusiya və beynəlxalq öhdəliklərinə müvafiq şəkildə baxılmasını təmin etməyə çağırır.
Məlumatda qeyd olunur ki, bu öhdəliklər azərbaycanlıların öz ölkələrinin demokratik mədəniyyətinin, proseslərinin və qurumlarının daha dərin inkişafına yardım etmək üçün mövcuddur.