Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondan  verilən məlumata görə, iclasda bir məsələ – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Fondun növbəti fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub.Müzakirələrin yekunu kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilib. Müsabiqənin noyabrın 19-dan dekabrın 20-dək keçirilməsi qərara alınıb.