Naviqasiya texnologiyaları sahəsində lider olan “Caspian NavTel” şirkəti, media əhli üçün “Mən yolumu tanıyıram” adlı yazı müsabiqəsi keçirir. “Qafqazinfo”nun məlumatına görə, müsabiqəyə həcmi maksimum 5 min işarə olan; qəzetlərdə, xəbər saytlarında, jurnallarda, informasiya agentliklərinin saytlarında dərc olunmuş yazılar (esse, məqalə, hekayə) qəbul olunur. Mövzu “Yollar”dır. Bakının, ümumiyyətlə Azərbaycanın yollarını nə dərəcədə yaxşı tanıyırıq? Səyahətə çıxanda tez-tez ünvan soruşuruqmu? Naviqatorlar həyatımızı necə asanlaşdırır? Naviqatorlarla bağlı xatirələrimiz hansılardır? Ən mükəmməl xəritə ilə təchiz olunmuş, altmış minə yaxın maraq obyektini əhatə edən, yolları, yollardakı tıxacları, radarları dəqiqliklə göstərən və sürücülərin işini asanlaşdıran naviqatorların cəmiyyətdə populyarlıq qazanması üçün nə etməli? Jurnalistlər naviqatorlarla bağlı öz xatirələrini yazmaqla yanaşı, başqalarının təcrübəsini də bölüşə, ya da bu mövzuda improvizasiya edə bilərlər.
Mükafatlara gəldikdə isə:
Birinci yerin qalibinə 450 AZN,
İkinci yerin qalibinə 350 AZN,
Üçüncü yerin qalibinə isə 200 AZN məbləğində pul mükafatı veriləcək.
Mükafatlandırma mərasimi oktyabr ayının 17-si, şirkətin baş ofisində keçiriləcək.
Yazılar 15 oktyabr tarixinə qədər (15 oktyabr daxil olmaqla) Caspian NavTel şirkətinin Marketinq üzrə meneceri Aydın Əhmədovun marketing.manager@caspiannavtel.com e-mail ünvanına, yaxud şirkətin Sabit Rəhman küç. 50 ünvanında yerləşən baş ofisinə çatdırılmalıdır.
Müsabiqəyə yazı təqdim edən jurnalistlər, lütfən öz əlaqə nömrələrini və e-mail ünvanlarını da qeyd etsinlər!
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi