Azərbaycandan bir qrup jurnalist
Ermənistanı Avropa Məhkəməsinə verir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini Avropa Məhkəməsinə verir.
Ermənistanı Avropa Məhkəməsinə verir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist Ermənistan dövlətini Avropa Məhkəməsinə verir.
Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafından çox danışılır. Hökumət rayonlardakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına nail olmaq məqsədilə bir sıra proqramlar qəbul edib. Bu proqramlar həm də sahibkarlığa şərait yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların həyat səviyyəsinin daha da yüksəldilməsi, əhalinin ərzaq…
2011-ci ildə dünyada 106 jurnalist öldürülüb. APA-nın məlumatına görə, bu barədə mənzil-qərargahı Cenevrədə yerləşən Mətbuat Azadlığını Müdafiə Təşkilatının (Press Emblem Campaign) hesabatında bildirilir. Bu il ən çox jurnalist Meksikada qətlə yetirilib – 12 nəfər. Pakistanda isə 11 jurnalist öldürülüb. Hesabata görə, MDB məkanında bu il Rusiyada 3, Ukrayna və Azərbaycanda isə 1 jurnalist qətlə yetirilib.
Tural Abbaslının anası həbs olunub http://www.obyektiv.tv/index.php?option=com_jomtube&view=video&id=2746&Itemid=33&lang=en
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub: ”Eləcə də hər iki ağciyər divarının…
Regional İnsan Hüquqları və Media Mərkəzi Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun texniki dəstəyi ilə Bərdə rayonunda Qarabağ müharibəsindən zərər çəkən qaçqın, məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş, erməni əsir və girovluğundan azad edilmiş şəxslərin ailələrindən olan şəxslər üçün ödənişsiz dərzilik kursları təşkil edir. Kurslar hər biri…
Bu gün “Avropa” otelinin Bakı zalında “Frontlayn-Bakı media klub”unun yaradılmasına həsr olunmuş tədbir keçirildi. Qurumun rəhbəri Arif Əliyev klubun yaranması barədə məlumat verərək bildirib ki, məqsəd mediaya dəstək verməkdir. Eyni zamanda klub ayda bir dəfədən gec olmayaraq Azərbaycan üçün aktual məsələlərin ictimai müzakirəsinin keçirilməsini də qarşısına məqsəd qoyub. Belə ki, qurumun ilk belə tədbiri “Bakının…
Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev İstanbul hava limanında saxlanılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) bu gün (07 dekabr) HMC-dən hüquqşünas Yavər Şahbazov məlumat verib. Hüquqşünas Yavər Şahbazovun sözlərinə görə, artıq İ.Əliyevə vəkil ayrılıb
İnternational Media Support (İMS) öz layihəsi olan Azərbaycan Media Mərkəzinin (AMM) yerli media təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ilə birləşməsini elan etməkdən məmnunluq duyur. 2012-ci ilin yanvarından etibarən, Azərbaycan Media Mərkəzi RATİ-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, RATİ vasitəsilə media və vətəndaş cəmiyyəti üçün məkan və xidmətlər təmin…
Dekabrın 5-də keçmiş deputatlığa namizəd, gənc blogger Bəxtiyar Hacıyev köçürüldüyü Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsindən yenidən 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın hüquqlarının müdafiə komitəsinin sədri Rail Abbasov məlumat verib.