Hüquqşünas axtarılır

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi arasında bağlanmış qrant müqaviləsi əsasında təşkilat “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsini icra edir. Layihə çərçivəsindəregionlarda yaşayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək. Layihə çərçivəsində Bərdə rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi konsultasiya xidmətinin göstərilməsi…

Ətraflı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondan  verilən məlumata görə, iclasda bir məsələ – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Fondun növbəti fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub.

Ətraflı

Avrasiya Əməkdaşlıq Fondu Açıq Müsabiqə elan edir

Avrasiya Əməkdaşlıq Fondu Bələdiyyə Xidmətlərində Şəffaflığın təmin edilməsi mövzusunda televiziya verilişinin istehsalı üzrə açıq müsabiqə (tender) elan edir.  Müsabiqə (tender) Norveçin Statoil Şirkətinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Bələdiyyə Xidmətində Şəffaflıq” layihəsinin məqsədlərinə uyğun olaraq bələdiyyələr barədə silsilə verilişlərin hazırlanmasını nəzərdə tutur.

Ətraflı

Jurnalistlər üçün yeni müsabiqə

Naviqasiya texnologiyaları sahəsində lider olan “Caspian NavTel” şirkəti, media əhli üçün “Mən yolumu tanıyıram” adlı yazı müsabiqəsi keçirir. “Qafqazinfo”nun məlumatına görə, müsabiqəyə həcmi maksimum 5 min işarə olan; qəzetlərdə, xəbər saytlarında, jurnallarda, informasiya agentliklərinin saytlarında dərc olunmuş yazılar (esse, məqalə, hekayə) qəbul olunur.

Ətraflı

NED qrant müsabiqəsi elan edib

 Demokratiyanın Dəstəklənməsi Milli Fondu demokratik dəyərlərin təmin olunması, insan haqlarının qorunması üçün QHT-lərə, müstəqil mətbuat üçün müsabiqə elan edir. Müsabiqədə inkişaf etməkdə olan ölkələrin QHT-lərə, fərdləri və mətbuat təmsilçiləri iştirak edə bilərlər. 

Ətraflı

QHT-lərin nəzərinə: UNESCO-dan mükafat alın!

UNESCO 2011-ci il üzrə əqli inkişafdan geri qalmış şəxslər üçün keyfiyyətli təhsilin tətbiqinə dair UNESCO/Emir Jaber al-AHmad al-Jaber al-Sabah mükafatını elan edib. Mükafat əqli inkişafdan geri qalmış şəxslər üçün keyfiyyətli inklüziv təhsilin tətbiqi sahəsində aktiv fəaliyyət göstərən və yüksək nəticələrə nail olan şəxslər, qruplar, dövlət və qeyri-dövlət təşkilatları və ya mərkəzlər üçün nəzərdə tutulub. Qaliblər…

Ətraflı