Tərtərdə həssas qruplardan olan vətəndaşlara hüquqi konsultasiya xidməti göstərilib

Tərtər rayonunda həssas qruplardan olan vətəndaşlara hüquqi konsultasiya xidməti göstərilib. Tərtər rayonunda keçirilən səyyar görüşdə əvvəlcə iştirakçılara təşəbbüsün məqsədi, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlə bağlı məlumat verilib. Daha sonra vətəndaşlar ümumi və fərdi şəkildə qəbul edilib onların sualları cavablandırılıb. Müraciətlər daha çox I Qarabağ müharibəsində iştirakla bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməməsi, Müharibə veteranlarına…

Ətraflı

İctimai Birliyin təşəbbüsü əsasında yeni xidmət göstəriləcək

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində yeni təşəbbüsün icrasına başlanılıb. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsünün əsas hədəf qrupu işsizlər, iş axtaranlar, əlilliyi olan şəxslər,…

Ətraflı

393 nəfərə pulsuz hüquq xidməti göstərilib

Regional İnsan Hüquqları və Media Mərkəzinin icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi yekunlaşıb. Bu barədə məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov bildirib ki, layihə çərçivəsində Tərtər, Ağcabədi, Ağdam, Naftalan və Goranboy rayonunda hüquqi konsultasiya xidmətinə ehtiyacı olan vətəndaşlarla görüş təşkil olunub: “Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları…

Ətraflı

Başlıbeldə törədilən müharibə cinayətləri ilə bağlı ingilis dilində hesabat ictimaiyyətə təqdim olundu

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində yeni sənəd hazırlanıb. Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hazırlanan hesabat ictimaiyyətə təqdim olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətləri ilə bağlı…

Ətraflı

Başlıbeldə törətdilən müharibə cinayətləri ilə bağlı ingilis dilində hesabat hazırlancaq

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində yeni layihənin icrasına başlayıb. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, “Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsinin əsas məqsədi Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hesabat hazırlanaraq…

Ətraflı

Goranboyda 14 nəfərə hüquq xidməti göstərilib

Regional İnsan Hüquqları və Media Mərkəzi Goranboy rayonunda həssas qrupdan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi çərçivəsində keçirilən vətəndaş qəbulu Goranboy rayonunda aparılıb. Layihə rəhbəri Xalid Kazımov layihə və donor təşkilat haqqında iştirakçılara məlumat verib. X.Kazımov qeyd edib ki, layihə çərçivəsində Bərdə, Tərtər,…

Ətraflı

Ağdam və Naftalanda 38 nəfərə hüquqi yardım göstərilib

Regional İnsan Hüquqları və Media Mərkəzi Ağdam rayonu və Naftalan şəhərində həssas qrupdan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi çərçivəsində keçirilən qəbulda vətəndaşlar ümumilikdə və fərdi qaydada qəbul edilib. Ağdam rayonunda keçirilən vətəndaş qəbulunda 20 nəfərin problemi dinlənilib. Layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən…

Ətraflı

Region jurnalistləri üçün məlumatlandırma sessiyası keçirilib

Regional İnsan Hüquqları və Media Mərkəzi region mediasında çalışan jurnalistlər üçün məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.  Mingəçevir Media Mərkəzində  keçirilən tədbirdə Bərdə, Mingəçevir,…

Ətraflı

Mingəçevirdə tələbələrə Hasilat Sənayesində Şəffaflıqla bağlı məlumat verildi

Regional İnsan Hüquqları və Media Mərkəzi Mingəçevir şəhərində məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Media Mərkəzində keçirilən maarifləndirmə xarakterli tədbirin məqsədi Azərbaycanda Hasilat…

Ətraflı

Elektron xidmətlərdən istifadədə region sakinlərinə dəstək verilib

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi yekunlaşdırıb. Təşkilatın sədri Xalid Kazımoun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlər icra edilib: “Layihənin əsas istiqamətlərindən biri əhalinin Açıq Hökumət Tərəfdaşlığı…

Ətraflı