Elektron xidmətlərdən istifadədə region sakinlərinə dəstək verilib

RHMMelektronxidmt5Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi yekunlaşdırıb. Təşkilatın sədri Xalid Kazımoun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlər icra edilib: “Layihənin əsas istiqamətlərindən biri əhalinin Açıq Hökumət Tərəfdaşlığı (AHT) Təşəbbüsü və dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərlə bağlı maarifləndirmək idi. Bu məqsədlə Tərtər və Ağcabədi rayonlarında məlumatlandırma sessiyaları keçirildi. 51 nəfər region sakinin qatıldığı tədbirdə iştirakçılara həm AHT təşəbbüsü, həm də elektron xidmətlərlə bağlı məlumat verilib. Elektron xidmətlərin insanlara verdiyi üstünlüklər: məmur-vətəndaş birbaşa təmaslarının aradan qaldırması, məmurların kabinetləri qarşısında saatlarla növbə gözləməmək, zamana qənaət etmək, da, bürokratik əngəllərdən xilas olmaq, daha rahat xidmət almaq təbliğ edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq şəraitində keçirilən məlumatlandırma sessiyalarında iştirak edən region sakinlərinə “Elektron hökumət” portalında istifadə üçün istifadəçi adı və şifrə verilib”.

shekil2Təşkilat sədrinin sözlərinə görə, layihə çərçivəsində maarifləndirmə xarakterli 4 televiziya verilişi hazırlanaraq “Qarabağ” internet televiziyasında yayımlanıb: “İlk verilişdə (https://www.youtube.com/watch?v=y2K0OzIrWY8&t=17s) çıxış edən ekspert Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Açıq Hökumətin Təşviqi Təşəbbüsünün mahiyyəti, Azərbaycanın bu beynəlxalq platformada fəaliyyəti, ölkəmizin təşəbbüsdə statusunun bərpası üçün növbəti bir ildə görüləcək işlər, Azərbaycanın “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

shekil 3İkinçici verilişdə (https://www.youtube.com/watch?v=eDjITJGRhXE&feature=youtu.be) iqtisadçı ekspert Azər Mehtiyev Açıq Hökumət Tərəfdaşlığının əsas meyarlarından olan fiskal şəffaflıın mahiyyəti, beynəlxalq səviyyədə fiskal şəffaflıq üçün baza tələblər, Azərbaycanda bu tələblərə əməl edilməsi, büdcə müzakirələrində ekspertlərin və ictimaiyyətin iştirakının təmin olunması, fiskal şəffaflığın təmin edilməsi sahəsində uğurlu beynəlxalq təcrübə ilə bağlı məsələlərə aydınlıq gətirib.

shekil4

Üçüncü verilişdə (https://www.youtube.com/watch?v=iSFRsWVbvl4&feature=youtu.be) ekspert Zaur İbrahimov Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünə üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyardan biri olan məlumatlara əlçatanlıq və elektron xidmətlərlə bağlı fikirlərini bölüşüb. Respublikamızda e-gov.az portalı vasitəsilə göstərilən elektron xidmətlər, data.gov.az portalı vasitəsi ilə açıqlanan məlumatlar, dövlət adından bağlanan müqavilələrin, xüsusilə ictimai vəsaitlər əsasında dövlət satınalmalarının və sifarişlərinin icrası üzrə müqavilələrin ictimaiyyətə açıqlanmasının əhəmiyyəti ilə bağlı danışıb.

shekil5

Dördüncü verilişdə (https://www.youtube.com/watch?v=jwdJjN76SWI&t=2s) isə Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Sahib Məmmədov  vətəndaşların dövlət idarəetməsində iştirakçılığı, Azərbaycanda vətəndaşların qərar qəbul edilməsində iştirakı, hökumətin vətəndaş iştirakçılığının təmin edilməsində rəqəmsal alətlərdən yararlanması, sosial media vasitəsilə ictimai rəyin öyrənilməsi, cəmiyyətin maarifləndirilməsi, ictimai müzakirələrin təşkili, “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq mərkəzi və yerli icra orqanları yanında yaradılan ictimai şuraların fəaliyyəti ilə bağlı  fikirlərini bölüşüb”.

X.Kazımov deyir ki, üç ay müddətində regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə köməklik də göstərilib: “Layihə çərçivəsində Bərdə rayonunda elektron xidmətlərdən istifadə etməyə ehtiyacı olan region sakinlərinə elektron xidmətlərdən istifadə ilə bağlı texniki yardım göstərilib. Bu məqsədlə təşkilatın ofisi daxili imkanlar hesabına müvafiq texniki avadanlıqlarla (kompüter, skaner, printer) təmin olunub. Layihə dövründə 64 nəfərə elektron xidmətlərdən istifadə etməkdə köməklik göstərilib”.