İctimai Palata paytaxtda aksiya keçirib
Mayın 21-də İctimai Palataya daxil olan müxalifət partiyalarının fəalları Bakının mərkəzində etiraz aksiyası keçirdi. Onlar «Azadlıq!», «İstefa!», «Korrupsiyaya yox!» şüarları səsləndirirdilər. Əvvəlcə aksiyaçılar Nizami küçəsində bir neçə dəfə dövrə vurdular. Həmin vaxt ərazidə polis olsa da aksiyaya müdaxilə etmədi. Bundan sonra aksiyaçılar Sabir bağı istiqamətində yürüş etdilər.