Bu gün (2 aprel) Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işlərilə bağlı çəkiliş aparan “Turan” informasiya agentliyinin fotojurnalisti Etimad Budaqov və “Azadlıq radiosu”nun əməkdaşı Nüşabə Fətullayeva fiziki təzyiqə məruz qalıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Etimad Budaqov məlumat verib.Onun sözlərinə görə, söküntü işləri aparmaq üçün gələn şəxslərlə bina sakinləri arasında qarşıdurma yaranıb və nəticədə özü və “Azadlıq” radiosunun xanım əməkdaşı Nüşabə Fətullayeva Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıb.
“Mən və digər jurnalist yoldaşlarım peşə fəaliyyətimizi yerinə yetirən zaman adıçəkilən şəxslərin fiziki hücumuna məruz qaldıq. Mənim fotoaparatım sındırıldı. Məsələ ilə bağlı aidiyyatlı qurumlara müraciət edəcəyəm”, – deyə Budaqov qeyd edib.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi