Admin

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sədri xanım Kler Şort Koalisiya Şurasının üzvləri ilə görüşüb

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sədri xanım Kler Şort Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının üzvləri ilə görüşüb. Görüşdə Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyev Koalisiyanın fəaliyyəti ilə bağlı xanım Kler Şorta qısa məlumat verib. Azərbaycana ilk dəfə 90-cı illərdə gəldiyini bildirən xanım Kler Şort ötən müddətdə xeyli inkişafın olduğunu vurğuladı: «Bu inkişafın gələcəkdə də davam…

Ətraflı

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi» layihəsi 3 ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə Bərdə, Ağdam, Goranboy, Naftalan, Yevlax və Tərtər rayonlarını əhatə…

Ətraflı

Azərbaycanda yeni TV və radio yaranıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Ətraflı

Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın məhkəməsi yekunlaşıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jurnalistə hökm oxunub. Məhkəmənin hökmü ilə Xədicə İsmayılova 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib.

Ətraflı

Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum…

Ətraflı

Rasim Əliyevin ölümü ilə bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş və avqustun 9-da orada vəfat edib. Birgə məlumatda daha sonra bildirilir:…

Ətraflı

Qrant müqavilələri ilə bağlı qaydalar dəyişdi

Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nı təsdiqləyib. Bu Qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.  Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət…

Ətraflı

İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində ona hökm oxunub. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə İntiqam Əliyev son söz hüququ ilə çıxış edərək özünü irəli sürülən ittihamların heç biri üzrə təqsirli bilmədiyini deyib. Hakim R.Osmanovun sonda oxuduğu hökmə əsasən isə, “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri…

Ətraflı

Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə…

Ətraflı

Bakıda “Azərbaycan həqiqətlərinin yayılmasında türk dünyası mediasının rolu və vəzifələri” mövzusunda tədbir keçirilib

Millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan qardaş Türkiyənin GAP Qəzetçilər Birliyinin başçısı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayxan, GAP Qəzetçilər…

Ətraflı