Hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunus hava limanında saxlanılıb

29 Aprel 2014 00:20 Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb. Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar.  Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir. Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil…

Ətraflı

Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayılıb

Prokurorluq “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı…

Ətraflı

Başlıbel faciəsinin törədilməsindən 21 il ötür

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı hadisələrindən daha biri ilə bağlı anım tədbiri keçirilib. Bir qrup jurnalistin təşkilatçılığı ilə keçirilən Başlıbel faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan anım tədbirində Kəlbəcər rayonundan olan ziyalılar, Başlıbel faciəsi qurbanları və onların yaxınları, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Ətraflı

«NİDA»çılara cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə “NIDA” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Dünən keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı məhkəmədən  Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun…

Ətraflı

Kəlbəcərin işğalından 21 il ötür

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin işğalından 21 il ötür. Bu illər ərzində dəyişən yalnız işğal tarixinin rəqəmləri olsa da, illlər ötdükcə itirilən torpaqlarımızın dəyərini daha yaxşı anlayır, iqtisadi əhəmiyyətinı daha artıq hiss edirik. Bəlkə də, Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasaydı, ölkəmizin iqtisadi gücü, əhalinin həyat səviyyəsi indikindən dəfələrlə yaxşı olardı. Bu gün…

Ətraflı