Anar Məmmədli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət…

Ətraflı

“Azadlıq” qəzeti fəaliyyətini dayandıra bilər

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin üzləşdiyi problemlərlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Hacıyev bildirib ki, hazırda qəzet maliyyə cəhətdən çətin vəziyyətdədir. Onun sözlərinə görə, “Qasid” firması da qəzetə olan borcunu ödəmək istəmir: “Metroda qəzet satışının dayandırılması ilə vəziyyətimiz daha da ağırlaşıb. Son iki ayda qəzetin əməkdaşlarının məvacibini vermək imkan…

Ətraflı

Jurnalist Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəmə prosesi yekunlaşıb. Prosesdə məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ətraflı

NİDA hərəkatı fəallarına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı fəallarına hökm oxunub. Məhkəmənin hökmü ilə  təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8,  Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və…

Ətraflı