Naftalanda gənclər üçün seminar keçirilib

naftalanNaftalanda gənclər üçün seminar keçirilib. Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən keçirilən seminar iki gün davam edib.  Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsi çərçivəsində təşkil olunub. Dörd ay müddətində icra olunan layihə regionlarda yaşayan yeni media və sosial şəbəkə fəalları arasında ictimai məsuliyyətin artırılmasına yönəldilib. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, bu layihə çərçivəsində təşkil olunan ikinci seminar idi: «Naftalan şəhərində keçirilən seminarda Tərtər və Naftalandan olan gənclər iştirak edib. Seminarda ümumilikdə 20 nəfər iştirak edib. Tərtər rayonundan olan gənclərin də seminarda iştirak üçün Naftalan şəhərinə iki günlük səfəri təşkil edilib. İştirakçılara oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması, KİV haqqında qanun, sosial media, vətəndaş jurnalistikası ilə bağlı nəzəri və təcrübi biliklər verilib. Həmçinin, iştirakçılar bloq yaradılması, regiona aid xəbərlərin sosial mediada yayılması yolları ilə bağlı məlumat əldə ediblər. Sosial mediaya maraq göstərən gənclər üçün bloqlar yaradılıb.  Seminar zamanı gənclərə yeni medianın təmamilə məsuliyyətsiz sahə olmadığı və onlara verilən imkandan süi-istifadə edilməməsinin vacibliyi vurğulanıb. Gənclər yeni mediada yaydıqları doğru olmayan informasiya, başqalarına ünvanlanan təhqir, böhtana görə daşıdıqları məsuliyyət barədə məlumatlandırılıb. İki günlük seminar zamanı gənclər həm nəzəri, həm də təcrübi biliklər əldə edə biliblər. Layihənin məqsədi Azərbaycanın regionlarında yeni medianın normal fəaliyyətinə və bu sahədə ictimai məsuliyyətin artırılmasına nail olmaq idi. Hesab edirəm ki, layihə çərçivəsində qarşımıza qoyduğumuz məqsədə nail ola bildik».naftalan seminar (3)
Təşkilat sədri deyir ki, internet və bu platforma üzərində sürətlə yayılan sosial media bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib: «Bununla hər bir fərdin özünü ifadə etmək, cəmiyyəti maraqlandıran problemləri ictimailəşdirmək imkanı yaranıb. On il öncə ictimai əhəmiyyətli informasiyalar yayılması üçün müəyyən problemlər yarana bilərdisə, bu gün yeni medianın imkanları sayəsində bu problem aradan qalxıb. Amma son illər bütün dünyada olduğu kimi Azərbaycanda da çap mətbuatına maraq aşağı düşdüyündən yeni medianın inkişafı daha çox nəzərə çarpır. Region sakinlərini narahat edən ictimai və sosial məsələlər sosial media, xüsusən sosial şəbəkələr, bloqlar, xəbər portallarında işıqlandırılır. Amma bu tribunadan düzgün istifadə edilməməsi bəzən Azərbaycanın dövlətçilik maraqlarına zidd informasiyaların da qısa müddətdə geniş auditoriyada yayılması ilə nəticələnir. Bu layihə çərçivəsində keçirdiyimiz seminarın da əsas məqsədi sosial şəbəkələrdə və vətəndaş jurnalistikası sahəsində fəal olan region gəncləri arasında ictimai məsuliyyətin artırılmasına nail olmaq idi».
Qeyd edək ki, sonrakı mərhələdə seminarda iştirak edən gənclərin yaşadıqları rayonlara aid hazırladıqları xəbər, audio və video reportajların ölkə mediasında yayılmasına köməklik göstəriləcək. Cəbhə bölgəsində yerləşən rayonlara aid xəbərlər həm seminar iştirakçılarının yaratdıqları bloqlarda, həm ölkə mətbuatında, həm də «region xəbərləri» facebook qrupunda yerləşdiriləcək. Layihənin icrasına başlanıldığı dövrdən indiyədək həmin qrupda regionlara aid yüzlərlə xəbər paylaşılıb.

naftalan seminar (1) naftalan seminar (2) naftalan seminar (4) naftalan seminar (5) naftalan seminar (6)