“Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ, ümumiyyətlə, Qarabağ problemi mövzusu Türkiyə mediasında kifayət qədər işıqlandırılmır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel deyib.
A. Sertel bildirib ki, Türkiyədə Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımının işıqlandırılması ilə əlaqədar bir çox işlər görülüb, lakin təbii ki, bu kifayət edəcək səviyyədə deyil: “İşğal edilmiş torpaqlar o bölgədə yaşayan xalqın, azərbaycanlıların torpaqlarıdır”.
Qonaq qeyd edib ki, Xocalı soyqırımından 22 il keçməsinə baxmayaraq, faciə hələ də xatırlanır.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi