“Azadlıq” qəzetinin veb səhifəsi hücuma məruz qalıb

 Sentyabrın 5-də axşam saatlarında “Azadlıq”  qəzetinin saytının fəaliyyəti məhdudlaşdırılıb və sayta giriş faktiki olaraq mümkün olmayıb. Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin  redaktoru Rövşən Hacıyev məlumat verib.O bildirib ki,  buna səbəb kimi  “Wikileaks” saytının Azərbaycanla bağlı açıqladığı sənədlərin daima qəzetin səhifələrində işıqlandırılması  ola bilər: “Hesab edirəm ki, saytın fəaliyyətində yaşanan məhdudiyyətlər qəzetin 6 sentyabr 2011-ci il tarixli sayında gedən “İlham Əliyevin sərvəti kimin adınadır?” yazısı ilə bağlıdır. Dünən axşam saatlarından etibarən sayta girişin xeyli  çətinləşdiyini gördük. Əvvəllər də dəfələrlə  sayta  haker hücumları olub”.