Artıq vətəndaşlar qəzetdə hər hansı bir məlumatı oxuyanda ona inanmır və həmin xəbərin televiziyada təsdiq olunmasını gözləyir”, – Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Həsənov qeyd edib ki, əgər bir şəxs səhər qəzet alanda oradan obyektiv, düzgün məlumat ala bilmirsə, həmin qəzet öz ictimai-siyasi vəzifəsini yerinə yetirməmiş sayılır.
“Jurnalist heç vaxt mülahizə ilə çıxış etməli deyil, çünki hər redaksiya öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır”, – PA rəsmisi əlavə edib.
Həsənovun sözlərinə görə, Azərbaycanda həqiqəti tapmaq üçün gündə azı beş qəzet oxumalısan. “Bəziləri hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı, düzgün məlumatı özləri üçün ayırd etməli olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər”, – PA rəsmisi deyib.
Həsənov internet saytlarında yayılan yalnış məlumatlar və onlarla mübarizə ilə bağlı ünvanlanan suala cavabında bildirib ki, “internet sahibsiz bir pişik kimidir”.
“Və internet insanlar arasında kommunikasiyanı asanlaşdırdığı kimi, tərbiyəsizliyi yaymaqla da məşğuldur. Lakin hər kəs qanun qarşısında məsuliyyət hiss etməlidir. Demokratiya dərk olunmuş nizam-intizamdır, anarxiya demək deyil”, – o deyib.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi